XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Futbol üzrə kiber çempionat keçiriləcək
İdman 10:20 / 14.04.2019

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda üz-üzə gələcək. Final oyununa hazırlıq kampaniyası çərçivəsində aprelin 25-26-da futbol üzrə kiber çempionat keçiriləcək. Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan kiber çempionatın təşkili insanları finaladək həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında toplayacaq.

Kiber çempionata qeydiyyat aprelin 12-dən 22-dək davam edəcək. Aprelin 24-də isə yarışın püşkatması keçiriləcək. Çempionatda 128 nəfər iştirak hüququ qazanacaq. Oyun "FİFA 2019” qaydaları əsasında təşkil olunacaq.

Qeyd edək ki, iştirakçıların seçimi Olimpiya sistemi əsasında aparılacaq. Kiber çempionatda birinci yeri tutan iştirakçıya min manat pul mükafatı təqdim olunacaq, eləcə də, oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 manat veriləcək. Çempionatda adını oyunu ilə üçüncü yerə yazdıran iştirakçıya isə təşkilatçılar UEFA Avropa Liqası 2019-un rəsmi "Molten” topunu, həmçinin imzalı forma hədiyyə edəcəklər.


20652 oxunub

InvestAZ