XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Millimizə yeni baş məşqçi təyin edildi
İdman 15:35 / 02.12.2021
Şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib. Təyinat Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyevin əmri ilə gerçəkləşib. Bundan sonra milliyə Əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək.
Daha əvvəl "Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan Həsənovu məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.
Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən yeni baş məşqçi qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.


15633 oxunub

InvestAZ