XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Olimpiya dünyası” qəzetinin redaksiyasına
İdman 17:22 / 30.11.2021

İdman ölkəsi olan Azərbaycanda sahə ilə bağlı hadisə və proseslərin dinamikliyi onlara daha dolğun reaksiya verilməsini günün tələbinə çevirib. Mövcud xüsusda formalaşmış rəqabət mühitinin şərtlərini qarşılayaraq, ayaqda qalmaq hər kütləvi informasiya vasitəsinə müəssər olmur. "Olimpiya dünyası” qəzeti bunu bacarıb. O, nəinki ayaqda qalmağı bacarıb, eyni zamanda özünü daha da təkmilləşdirib, idman jurnalistikasında özünəməxsus dəst-xətt yaratmağa müvəffəq olub.
20 yaşını qeyd edən qəzet respublikamızda Olimpiya hərəkatının inkişafını, misilsiz uğurlarını yüksək peşəkarlıqla işıqlandıran nümunəvi media orqanı kimi idman ictimaiyyətinin, eləcə də çoxsaylı oxucuların sevimlisidir.
"Olimpiya dünyası”nda jurnalistikamızın təməl prinsiplərinə hörmət, axtarışlar və tapıntılarla dolu yaradıcı mühit var. Heç şübhəsiz ki, bu mühitin formalaşması ötən 20 ilin ən böyük tapıntısıdır. Əminliklə onu demək mümkündür ki, ötən 20 ildə qazanılmış təcrübə, keçilmiş yol qarşıdakı daha böyük rəqəmli əlamətdar tarixlər üçün etibarlı bazadır.
"Olimpiya dünyası” qəzeti kollektivini nəşrin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təbrik etməkdən məmnunluq duyur, kollektivin hər bir üzvünə möhkəm cansağlığı, zehin açıqlığı, bol-bol yaradıcılıq uğurları arzulayırıq.

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri


25318 oxunub

InvestAZ