XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Olimpiya dünyası” qəzetinin redaksiyasına
İdman 15:21 / 30.11.2021
Milli Olimpiya Komitəsinin təsis etdiyi "Olimpiya dünyası” qəzetinin 20 ili tamam olur. MOK-un rəsmi mətbuat orqanı olan və ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafını, Olimpiya ideallarının təbliğini təmin etmək məqsədilə yaradılan bu qəzet ölkəmizin idman mətbuatı aləsində sayılıb-seçilən və səmərəli fəaliyyət göstərən idman nəşrlərindən biridir. Qəzet 20 illik fəaliyyəti dövründə həm ölkəmizdə, həm də dünya idmanında baş verən bütün yenilikləri, atletlərimizin uğurlarını, ölkəmizdə idmana və Olimpiya hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğı barədə məlumatları geniş oxucu kütləsinə çatdırır. İnanıram ki, bu qəzet bundan sonra da idmanın və Olimpiya hərəkatının təbliği istiqamətində idman tariximizin yazılı mənbələrindən biri kimi uğurla fəaliyyət göstərəcəkdir.
"Olimpiya dünyası” qəzetinin yaradıcı kollektivini, idman ictimaiyyətini və çoxsaylı oxucuları 20 illik yubiley münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.

Çingiz Hüseynzadə
MOK-un vitse-prezidenti


15449 oxunub

InvestAZ