XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024



Olimpiya Güləş Mərkəzində ustad dərsləri keçirilib - FOTO və VİDEO
İdman 17:49 / 26.11.2021
Bu gün Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin, "Olimpsport” jurnalının, "Olimpiya dünyası” qəzetinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib. "Olimpiya dünyası” qəzetinin 20 illik yubileyi münasibətilə Olimpiya Güləş Mərkəzində keçirilən tədbirdə ikiqat Olimpiya medalçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev yeniyetmə qız və oğlan güləşçilər üçün ustad dərsi keçib. Məşqçilər Əsgərxan Novruzov, Vahid Məmmədov, Yaşar Əliyev, Ağahüseyn Mustafayev, Namiq Quliyev və Elşad Allahverdiyevin də iştirak etdikləri hazırlıq prosesində yeniyetmə güləşçilərə müxtəlif fəndlərin icrası nəzəri və praktiki formada izah edilib.
Ustad dərslərini Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, baş redaktorun müavini Aslan Şirəliyev, Milli Olimpiya Komitəsinin İdman İdarəsinin baş məsləhətçisi Nazir Rəhimov, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev və Əməkdar məşqçi, "Olimpsport" jurnalının baş redaktoru Ramin Allahverdiyev də izləyiblər.
Tədbirin sonunda çıxış edən qonaqlar ustad dərslərinin yeniyetmə güləşçilərin karyerasında böyük təcrübə olacağına əminliyini ifadə ediblər.





20373 oxunub

InvestAZ