XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



“Yaz festivalı”nda şahmatçılarımızın çıxışı davam edir
İdman 12:30 / 11.04.2019


Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə "Yaz festivalı” davam edir. Azərbaycan şahmatçılarının qatıldıqları turnirin artıq iki turuna yekun vurulub. Şahmatçılarımızdan Nail Bəşirli hər iki turda qalib (2 xal) gələrək 1-4-cü yerləri bölüşür. Vüqar Əsədli 1 qələbə və 1 heç-heçə ilə turnir cədvəlində 33-cü pillədədir. Zaur Bayramovun aktivində isə 0,5 xal var. Aprelin 11-də üçüncü turun oyunlarına start verilib. Bu turda Nail Bəşirli Hindistan təmsilçisi Kalyan Arcun, Vüqar Əsədli malayziyalı Vong Cianven, Zaur Bayramov isə isveçrəli Aditya Subramanian ilə qarşılaşacaq. Turnirdə 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparır.

21380 oxunub

InvestAZ