XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Azərbaycan dünya çempionatında idmançı ilə yox, hakimlə təmsil olunacaq
İdman 22:12 / 22.11.2021
Daha əvvəl xəbər verdiyimiz kimi, 7-17 dekabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək ağırlıqqaldırma üzrə dünya çempionatında Azərbaycan idmançıları təmsil olunmayacaq.

Bununla belə, Azərbaycanı orada texniki rəsmi şəxs (hakim) kimi təmsil edən şəxs olacaq.

Bu, 62 yaşlı beynəlxalq dərəcəli hakim Vahid Nəzərovdur. Ona bununla bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) müvəqqəti prezidenti Maykl İrani və baş katibi Məhəmməd Jalud tərəfindən imzalanmış məktub gəlib.

Qeyd edək ki, dünya çempionatı vaxtı IWF-də prezidentlik də daxil olmaqla yüksək postlara seçkilər keçiriləcək. Vahid Nəzərovun namizədliyi qurumun İcraiyyə Komitəsinə, Texniki şöbəsinə (hakimlik üçün) və Elmi Şurasına (məşqçilik üçün) verilib.

36609 oxunub

InvestAZ