XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakıda keçirilən dünya çempionatı başa çatdı
İdman 10:09 / 22.11.2021
Bakıda təşkil olunan batut gimnastikası üzrə 35-ci dünya çempionatına komandalar arasında çoxnövçülük yarışı ilə yekun vurulub.
Yarışda bütün rəqiblərini qabaqlayan Rusiya Gimnastika Federasiyasının komandası birinci olub. ABŞ millisi yarışı ikinci, Böyük Britaniya gimnastları isə üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, Azərbaycan komandası dünya çempionatında 1 medal qazanıb. Tamblinqçimiz Mixail Malkin gümüş medala sahib çıxıb.
Avropa çempionumuz tamblinq cığırında keçirilmiş final yarışlarında hakimlərdən 76.300 xal alaraq fəxri kürsünün 2-ci pilləsinə yüksəlib. Birinci yerdə Rusiya təmsilçisi Aleksand Lisitsin (80.000 xal), üçüncü yerdə isə ABŞ təmsilçisi Kaden Braun (75.400 xal) qərarlaşıb.
Qeyd edək ki, dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edirdi.


16132 oxunub

InvestAZ