XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Maradonadan Peleyə dəstək
İdman 11:18 / 11.04.2019


Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona bir neçə gün öncə xəstəxanaya yerləşdirilən və daha sonra evə buraxılan Peleyə dəstək olub. Şəxsi "İnstaqram” hesabından braziliyalı veteran futbolçu ilə 40 il əvvəl çəkilmiş fotosunu paylaşan Maradona ona tez sağalmağı arzu edib:
"Bu gün bu fotonun 40 yaşı tamam olur. Foto Rio-de-Jeneyroda şəxsi görüşümüz zamanı çəkilib. Biz necə gənc olmuşuq… Kral Pele, mən sənə tezliklə sağalmağını və daha güclü olmağını arzulayıram”. Qeyd edək ki, Pele ötən həftə Parisdə PSJ-nin hücumçusu Kilian Mbappe ilə görüşdən sonra səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Futbolçu artıq evə buraxılıb.

22366 oxunub

InvestAZ