XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“VAR danışıqlarını hər kəslə paylaşacağıq”
İdman 12:01 / 17.11.2021
İtaliya VAR (videoköməkçi hakim) sistemi üzrə hakimlərin danışıqlarını paylaşmağa hazırlaşır. Bu barədə İtaliya Hakimlər Komitəsinin sədri Alfredo Trentalange deyib. VAR dialoqlarının paylaşılmasında hər hansı maneə olmadığını bildirən A.Trentalange deyib: "Bizim heç nəyi gizlətmək fikrimiz yoxdur. Tezliklə bu istiqamətdə addım atacağıq və VAR danışıqlarını hər kəslə paylaşacağıq. O zaman hamı hakimlərin xoş niyyətini görəcək”.
Komitə sədri VAR sisteminin futbolda haqsızlığı aradan qaldırdığını və hakimlərin ixtisaslaşması üçün yaxşı təcrübə olduğunu bildirib.

25520 oxunub

InvestAZ