XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



100 milyon dollara karyerasını bərpa edəcək
İdman 10:45 / 11.04.2019


Keçmiş dünya çempionu Vladimir Kliçko karyerasını 100 milyon dollara bərpa edə bilər. Bu barədə 43 yaşlı boksçunun böyük qardaşı Vitali Kliçko məlumat verib. O qeyd edib ki, Vladimir Kliçkoya 100 milyon dollarlıq döyüş təklifi gələcəyi təqdirdə o, rinqə qayıtmaq barədə düşünə bilər.
Qeyd edək ki, ukraynalı boksçu 2017-ci ilin avqustunda karyerasını başa vurub. O, Beynəlxalq Boks Federasiyası, Dünya Boks Assosiasiyası və Dünya Boks Təşkilatının versiyaları üzrə ağır çəki dərəcəsində dünya birincisi olub. Kliçko 2015-ci ilin noyabrında Tayson Fyuriyə uduzaraq dünya çempionu titulunu itirib. 2017-ci il aprelin 29-da Coşuaya qarşı keçirdiyi son döyüşündə isə ukraynalı boksçu 11-ci raundda texniki nokautla məğlub olub. Onun hesabında olan 64 qələbədən 53-ü nokautla qazanılıb. Ukraynalı cəmi 5 döyüşdə məğlub olub.

20877 oxunub

InvestAZ