XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



"Tottenhem"in Sonu komandaya qələbə qazandırdı
İdman 09:39 / 10.04.2019


Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Dünən ilk oyun günündə keçirilən iki görüşdə üç İngiltərə klubu meydana çıxıb.
"Liverpul" "Enfild"də "Portu"nu qəbul edib.Rəqibinə 2:0 hesabı ilə qalib gələn mersisaydlılar cavab matçı üçünsərfəli nəticəqazanıblar.
Digər qarşılaşmada isəİngiltərə klubları üz-üzə gəliblər. "Mançester Siti" səfərdə "Tottenhem"in qonağı olub. Görüşün taleyini 1 qol həll edib. Son Xin Minin 79-cu dəqiqədə vurduğu qol London klubuna qələbə qazandırıb.
Komandalar arasında cavab oyunları aprelin 17-də keçiriləcək.
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına sabahkeçiriləcək iki görüşlə yekun vurulacaq.


9 aprel

Çempionlar Liqası

1/4 final

23:00."Liverpul” (İngiltərə) – "Portu (Portuqaliya) - 2:0
Qol:
N. Keyta,5 (1:0), R.Firmino, 26 (2:0)

23:00."Tottenhem” (İngiltərə) – "Mançester Siti” (İngiltərə)- 1:0
Qol:
S. X. Min, 79


38381 oxunub

InvestAZ