XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bu stadion Ronaldonun adını daşıyacaq
İdman 15:41 / 10.04.2019

"Sportinq”in "Jose Alvalade” stadionuna hazırda "Yuventus”da çıxış edən Kriştiano Ronaldonun adı veriləcək. Bu barədə Portuqaliya mətbuatı xəbər yayıb. Lissabon təmsilçisinin yetirməsi olan Ronaldonun şərəfinə stadionun adını "Jose Alvalade CR7” kimi dəyişdirəcəyi iddia olunur. Bununla "Sportinq”in əlavə gəlir əldə etmək istədiyi bildirilir. Qeyd edək ki, Portuqaliya millisinin 34 yaşlı hücumçu "Sportinq”in müxtəlif aşağı yaş qruplarında oynadıqdan sonra 2002-ci ildə əsas komandada debüt edib. 1 il müddətdə 28 oyunda meydana çıxan Ronaldo 3 qol vurub, 1 qol ötürməsi edib. Bir çox Avropa nəhənglərinin diqqətini çəkən Kriştiano mövsümün sonunda 19 milyon avro qarşılığında 2003-cü ildə "Mançester Yunayted”ə keçib. Əlavə edək ki, "Jose Alvalade” Portuqaliyada məşhur stadionlardandır. Açılışı 2003-cü ildə - Ronaldo "Sportinq”i tərk etdikdən sonra olub.

23904 oxunub

InvestAZ