XƏBƏR LENTİ
26 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021
19 Oktyabr 2021
18 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətəndə
İdman 09:16 / 12.10.2021
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarımız bu gün səhər saatlarında Vətənə qayıdıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, güləşçilərin yaxınları və jurnalistlər iştirak ediblər.
Çempionatda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil ediblər.
Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
Yarışda bütün rəqiblərini məğlub edən Rafiq Hüseynov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıblar.

1077 oxunub

InvestAZ