XƏBƏR LENTİ
02 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



İspaniya yığması finalda — FOTO
İdman 10:13 / 07.10.2021
UEFA Millətlər Liqasında final mərhələsinin ilk yarımfinalçısı müəyyənləşib. A liqasında qrup qaliblərinin iştirak etdiyi "Dördlər finalı”nda İtaliya İspaniya ilə üz-üzə gəlib. Yarımfinalın ilk oyunu Milandakı "San-Siro" stadionunda keçirilib. Görüş ispanların qələbəsi ilə başa çatıb - 2:1. Beləliklə, Luis Enrikenin komandası finala yüksəlib. İtaliyanın isə 37 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında bu gün Belçika və Fransa yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.

6 oktyabr

22:45. İtaliya - İspaniya - 1:2

Qollar: Ferran Torres, 17 (0:1), 45+2 (0:2), Pelleqrini, 83 (1:2)

Qırmızı vərəqə: Leonardo Bonucci (İtaliya)
Milan, "San-Siro" stadionu

30978 oxunub

InvestAZ