XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



18 ölkədən 41 ağırlıqqaldıran çempionatı kənardan izləyəcək
İdman 14:29 / 09.04.2019

Gürcüstanın Batumi şəhərində təşkil olunan ağırlıqqaldırma üzrə Avropa çempionatı yarışa gələn 401 idmançıdan 41-i çempionata buraxılmayıb. Bu idmançılar 18 ölkəni təmsil edir. Lakin onların adları hələ açıqlanmadığından hansı yığmaların itki ilə üzləşdiyi bəlli deyil. Atletlərin yarışdan kənar qalmasına ADAMS sistemində qeydiyyatdan keçərkən yaranan problemlər səbəb olub.
Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) texniki problemlərlə bağlı şikayətləri qəbul etməyib. Qurum növbəti dəfə belə halla üzləşəcək idmançıları Olimpiya Oyunlarına buraxmayacağı ilə bağlı xəbərdarlıq yayıb. Ümumdünya Antidopinq Agentliyi (WADA) məsələylə bağlı rəsmi şikayətin daxil olmadığını açıqlayıb.
ADAMS antidopinq sistemi 2005-ci ildən tətbiq olunur. Bu müddətdə sistem idmançılar tərəfindən texniki qüsurları və çətinliklərinə görə dəfələrlə tənqid edilib.
Qeyd edək ki, Azərbaycan yarışda 5 idmançı ilə təmsil olunur.

20825 oxunub

InvestAZ