XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Bakıda «1001 gecə nagılı»
İdman 13:06 / 09.04.2019

Aprelin 14-də Çində keçiriləcək "Formula 1” üzrə dünya çempionatı yubiley ilə əlamətdar olacaq.
Şanxayda baş tuatacaq yarış tarixə 1000-ci mərhələ kimi düşəcək. İlk mərhələsi 13 may 1950-ci ildə Böyük Britaniyanın Silverstoun trassında baş tutan "Formula 1”ə indiyə qədər 32 ölkə ev sahibliyi edib. Yarış ümumilikdə 72 trassda reallaşıb. Ən çox mərhələ İtaliyada təşkil olunub - 96 dəfə. Ən az isə cəmi 1 dəfə Mərakeşdə olub. Qeyd edək ki, Azərbaycan 26-28 apreldə 4-cü dəfə "Formula 1” yarışına ev sahibliyi edəcək. Bu isə o deməkdir ki, Bakıdakı yarış 1001-ci mərhələ olacaq.

27507 oxunub

InvestAZ