XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



İki il fasilədən sonra final yenidən Naxçıvanda?
İdman 11:43 / 09.04.2019

2018/19 mövsümü üçün Azərbaycan kubokunun final oyunu Naxçıvanda keçirilə bilər.
Bu barədə Peşəkar Futbol Liqasının xidmətinin rəhbəri Aslan Şahgəldiyev yerli mətbuata məlumat verib. O, bununla əlaqədar Naxçıvanın Gənclər və İdman Nazirliyinə müraciət olunduğunu söyləyib. Müsbət cavab alınacağı halda final üçün təşkilati hazırlıqlara başlanacaq. Qeyd edək ki, budəfəki finalın keçirilməsi üçün digər variantlar Bakı və Qəbələ olub. Amma sonda PFL Naxçıvan şəhərinin üzərində dayanıb.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.
Xatırladaq ki, Naxçıvan 2017-ci ildə Azərbaycan kubokunun həlledici oyununa ev sahibliyi edib. Həmin görüşdə "Qarabağ” "Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib.

20588 oxunub

InvestAZ