XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



60 yaşlı siyasətçidən maraqlı addım
İdman 18:08 / 22.09.2021

Surinam Respublikasının vitse-prezidenti Ronni Brünsviyk dünya futbol tarixinə daxil olub. 60 yaşlı siyasətçi KONKAKAF Liqasında "İnter Moenqotapoe” klubunun tərkibində "Olimpiya” komandasına qarşı oyunda iştirak edib (0:6).
Klubun prezidenti olan R.Brünsviyk komandasını kapitan qismində öz adını daşıyan stadiona çıxarıb. Ümumilikdə, Ronni Brünsviyk meydanda 54 dəqiqə olub.
Bundan əlavə, "İnter”in start heyətində siyasətçi ilə birgə onun 21 yaşlı oğlu Demian da yer alıb.
Qeyd edək ki, Ronni Brünsviyk "Olimpiya” komandasına qarşı cavab oyununda iştirak edə bilməyəcək. Buna səbəb isə qarşılaşmanın Hondurasda təşkil olunacağıdır. Belə ki, 60 yaşlı siyasətçi İnterpolun siyahısında olduğu üçün o, Surinamı tərk edə bilməz.

24554 oxunub

InvestAZ