XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib
İdman 14:47 / 22.09.2021
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının dosenti Süleyman Bağır oğlu Məmmədli 2021-ci il sentyabrın 22-də vəfat edib.

Süleyman Məmmədli 1948-ci il avqust 28-də Tovuz rayonunda anadan olub. Bakı şəhərində vəfat edib. Orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. 1969-cu ildə ilk dəfə karate idman növü ilə tanış olduqdan sonra Şərq döyüş növləri ilə məşğul olmağa başlayıb. 1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb. 70-dən artıq döyüş sənəti ilə məşğul olub.1983-cü ildə bu ölkəyə növbəti səfər zamanı bura məşq keçmək üçün gəlmiş kyokşinkayın yaradıcısı məşhur Ayamayla tanış olub.1990-cı illərdən başlayaraq özünü taekvondoda sınayıb. Müxtəlif beynəlxalq seminarlarda iştirak edərək, 47 dövlətdə olub. 2004-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Həmin il ABŞ-da taekvandonun yaradıcılarından olan Bok Mann Kimlə görüşüb. Bundan sonra Çun Kuhn Do idman növü maraqlanıb. İlk dəfə dünyada ən yüksək dərəcə olan qrand-master dərəcəsini okeanın o tayında əldə edib. O, 4 növ üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand masterinin sahibi olub. Ümumilikdə o, kombat hapkido üzrə dünya çempionu (2004), taekvondo üzrə Dünya Kubokunun sahibi (2005), döyüş sənətləri üzrə Avropa çempionu (2006) və dünya çempionu (2007, 2010), Tam kontakt üzrə dünya çempionu (2007), döyüş və kompleks üzrə dünya qızıl kubokunun ikiqat qalibi (2007), Mudo Dünya kubokunun ikiqat qalibi - kompleks və döyüş (2008), döyüş sənətləri üzrə Avropa kubokunun qalibi (2009), Hapkido üzrə dünya çempionatının müxtəlif növlər üzrə 1 qızıl və 2 gümüş medal sahibi (2010), BUDO döyüş sənətləri üzrə dünya çempionu (2011), Çin döyüş sənətləri üzrə dünya çempionu (2011), qarışıq döyüş sənətləri "Fight Cup" çempionu (2011), Qarışıq döyüşlər üzrə Avropa çempionu (2011) titullarının sahibi olub. O, Döyüş sənətlərinin fəlsəfəsi üzrə doktor, professor, Beynəlxalq dərəcəli təlimatçı və hakim (İTF, WTF, Çun Kun Do və s.) Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakdo tanqsudonun, çunkundonun, taekuk musulun, citkundonun, donqkuyudo kvanın, Dünya Universal Kombat Döyüş Asossiasiyasının yaradıcısı, prezident 10-cü dan, Dünya Turando Asossiasiyasının yaradıcısı, Prezident 10-cü dan Qrand Master, Yaşlıların Dünya Döyüş Sənətləri Asossiasiyasının yaradıcısıdır. Kombat Qarışıq Döyüş sənətləri üzrə qrand-master, Kombat Çin Döyüş sənətləri üzrə qrand-master, full-kontakt növü üzrə 8-ci dan, qrand- master, kombat Koreya döyüş sənətləri üzrə qrand-master, ümumi karate növləri üzrə qrand-master, Çun Kun Do üzrə 8-ci dan, qrand- master, Kombat Budo üzrə qrand-master, Cit Kun Do üzrə qrand- master, Musul Taekvondo üzrə qrand-master, Tae Kuk Mu Sul üzrə 10-cu dan, AİAİ-Bu Cutsu üzrə 10-cu dan, Kombat Hap Ki Do üzrə 9-cu dan, Donq Ku Yudo Kvan üzrə 9-cu dan, Kombat Kikboksinq üzrə 9-cu dan, Kempo üzrə 9-cu dan id. Süleyman Məmmədli ADBTİA-nın "İdmanın təkmübarizlik növləri” kafedrasında dosent vəzifəsində çalışırdı.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və ADBTİA-nın kollektivi  Süleyman Məmmədli vəfatından kədərləndiklərini bildirir və mərhumun ailə üzvlərinə başsağlığı verirlər. Allah rəhmət eləsin!



17769 oxunub

InvestAZ