XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Maqnus Karlsen “Shamkir Chess”in qalibi oldu
İdman 20:44 / 08.04.2019


Aprelin 8-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin səkkizinci turunda qalib müəyyənləşib.
Norveçli dünya çempionu Maqnus Karlsen turnirin başa çatmasına bir tur qalmış "Shamkir Chess” superturnirində dördüncü çempionluğunu qeyd edib. O, səkkizinci turda rusiyalı Sergey Karyakini məğlub edərək xallarının sayını 6-ya çatdırıb. Onun ən yaxşı izləyicisi S.Karyakinin aktivində 4,5 xal var.
Səkkizinci turun digər oyunlarında Azərbaycan təmsilçisi Teymur Rəcəbov keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand ilə heç-heçə edib. Şəhriyar Məmmədyar isə hollandiyalı Aniş Qiri ilə xalları yarı bölüb.
Turnirə aprelin 9-da yekun vurulacaq.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

20486 oxunub

InvestAZ