XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



Turnir cədvəlində yenidən ikihakimiyyətlik yarandı
İdman 12:46 / 08.04.2019


Topaz Premyer Liqasının XXIII turun oyunları keçirilib. Turun açılış matçında "Sumqayıt” klubu "Keşlə” komandasını qəbul edib. "Kapital
Arena”da keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Sumqayıtlıların heyətində Peyman Babayi (4) və Cavid Tağıyev (85) fərqləniblər. Paytaxt təmsilçisinin yeganə qolunu isə Samir Məsimov (40) vurub.
Turunun növbəti oyunu çempionluğa iddialı olan «Neftçi» və «Zirə» komandaları arasında olub. Görüş flaqmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Roberto Bordinın yetirmələrinin heyətində Baqali Dabo (40, 88) Anton Krivatsyuk (44) və Namiq Ələsgərov (68), "Zirə” klubunun heyətində isə Mfo Kqasvani (80, 90) fərqləniblər.
Turun ikinci oyun günündə son çempion "Qarabağ” səfərdə "Qəbələ” komandasının qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Hesabı 3-cü dəqiqədə "Qarabağ”ın müdafiəçisi Donald Gerrye açıb. Matçın 23-cü dəqiqəsində Rauf Əliyev bərabərlik qolunu vurub. Qarşılaşmanın 79-cu dəqiqəsində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Dani Kintananın əvəzinə Araz Abdullayevi meydana buraxıb. Araz Abdullayev oyuna daxil olduqdan 3 dəqiqə sonra qələbə topuna imza atıb.
Topaz Premyer Liqasının XXIII turuna "Sabah» - «Səbail» qarşılaşması ilə yekun vurulub. "Əlincə Arena”da keçirilən oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı qonaqlar açıblar. Enrike Perilyo 2-ci dəqiqədə fərqlənib. Meydan sahibləri bu qola 30 dəqiqə sonra cavab verib. "Sabah”ın legioneri Filip İvanoviç hesabı bərabərləşdirib. 66-cı dəqiqədə Cavid İmamverdiyev, 69-cu dəqiqədə isə Vanderson Silva "Sabah”a qələbə qazandıran növbəti iki qola imza atıblar.
Bu matç həm də "Səbail”in heyətinə qatdığı tanınmış futbolçu Maykl Essyenin Azərbaycan Premyer Liqasında debütü ilə yadda qalıb. 37 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə Yevgeni Koçukun yerinə meydana çıxıb.
23-cü turda qeydə alınan nəticələrdən sonra "Qarabağ” və "Neftçi” komandaları 51 xalla turnir cədvəlinə şərikli liderlik edirlər. Aktivində 34 xalı olan "Səbail” üçüncü, 30 xal toplayan "Qəbələ” isə 4-cü pillədə yer alıb. "Sabah” isə 26 xalla beşinci yeri tutur.

19922 oxunub

InvestAZ