XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Antalya Qran-prisində 4 medal
İdman 12:25 / 08.04.2019


Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pri yarışı keçirilib.
Yarışda 75 ölkədən 479 (291 kişi, 188 qadın) cüdoçu mübarizə aparıb. Turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb. Qadınlar arasında 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Azərbaycan cüdoçusu 3-cü yer uğrunda görüşdə Olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib. Yarışının ikinci günündə cüdoçumuz Rüstəm Orucov gümüş medal qazanıb. Finala qədər Koreya, Qambiya, Ukrayna və Rusiyadan olan rəqiblərinə qalib gələrək uğurla irəliləyən R.Orucov (73 kq) həlledici qarşılaşmada Koreya Respublikasının təmsilçisi Çanqrim Ana uduzaraq gümüş medala layiq görülüb. Beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha 2 medala sahib
olublar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) bütün rəqiblərinə qalib gələrək Qran-prinin çempionu olub. İrina Antalyada Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişi cüdoçular arasında mübarizə aparan Elmar Qasımov (-100 kq) yalnız bir görüşdə uduzaraq bürünc medala layiq görülüb. Elmar 3-cü yer uğrunda qarşılaşmada Misir idmançısı Ramazan Dərvişə qalib gəlib. Beləliklə, Azərbaycan cüdoçuları Türkiyədə təşkil olunan nüfuzlu yarışı 4 medalla (1 qızıl, 1 gümüş və 2 bürünc) başa vurublar.

19513 oxunub

InvestAZ