XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Bədii gimnastlarımız Polşada uğurlu çıxış nümayiş etdirdilər
İdman 10:41 / 08.04.2019


Bədii gimnastlarımız Varşavada (Polşa) keçirilən "İrina Cup” adlı beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil ediblər.
Yarışda ilk medal sevincini milli komandamızın gənclərdən ibarət qrup hərəkətləri komandası yaşadıb. Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadədən ibarət qrup komandamız çoxnövçülük yarışlarında turnirin qızıl medalını qazanıblar.
Fərdi proqramda çıxış edən gimnastlarımız da yarışları uğurla başa vurublar. Belə ki, millimizin gənc və potensiallı üzvlərindən olan Nərminə Səmədova komandamızın hesabına 3 medal yazdırıb. Gimnastımız gürzlərlə və iplə hərəkətlərdə qızıl, çoxnövçülük proqramında isə bürünc medal qazanıb.
Uğurlu performansı ilə komanda yoldaşından geri qalmayan digər təmsilçimiz Arzu Cəlilova isə iplə hərəkətlərinə görə gümüş medala layiq görülüb.

19496 oxunub

InvestAZ