XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Cüdoçumuz Avropa kubokunda qızıl medal qazandı
İdman 10:17 / 07.04.2019
 
İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir. Beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparırlar. Turnirin ilk günündə milli komandamız aktivinə bir medal yazdırıb. Ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada italiyalı rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda qızıl medal qazanıb. 604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarışa bu gwn yekun vurulacaq.

21161 oxunub

InvestAZ