XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Katalonlar transferlərə 300 milyon xərcləyəcək
İdman 18:14 / 04.04.2019

İspaniyanın "Barselona” futbol klubu yay transfer pəncərəsi üçün 300 milyon avro ayırıb. Kataloniya təmsilçisi bu məbləğin 75 milyon avrosunu Hollandiyanın "Ayaks” komandasının yarımmüdafiəçisi Frenk de Yonq üçün ödəməyi planlaşdırır. "Barselona”nın "Ayaks”dan müdafiəçi Mattis de Laytı da transfer edəcəyi bildirilib. Artıq müdafiəçi ilə razılaşmanın əldə olunduğu qeyd edilib.
İspaniya klubunun digər hədəfləri "Bavariya”nın müdafiəçisi David Alaba, "Aytraxt Franfurt”da forma geyinən hücumçu Luka Yoviç və "Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann olduğu iddia olunur.
Qeyd edək ki, "Barselona” İspaniya çempionatında 30 oyundan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu aprelin 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində səfərdə "Mançester Yunayted”in qonağı olacaq.

20446 oxunub

InvestAZ