XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Klub ayıya sponsorluq edəcək
İdman 14:49 / 04.04.2019

Bundesliqada çıxış edən "Herta Berlin" klubu verdiyi açıqlamada Berlindəki "Tierpark" adlı heyvanxanada 4 ay öncə dünyaya gələn körpə qütb ayısına sponsor olduqlarını açıqlayıb.
Bu barədə alman klubunun rəsmi Twitter hesabı paylaşdığı videoda məlumat yayıb. Klub nəsli kəsilmək təhlükəsi olan qütb ayısının ad sponsoru olub: "Berlində hər şey ola bilərsiniz. Adı "Herta" olan bir qütb ayısı belə..."
Videoda klubun talismanı olan boz ayı "Hertinyo" Berlin Olimpiya Stadionundan Tierparka doğru yola çıxaraq klubun yeni üzvü ilə bir araya gəlir. Daha sonra isə körpə qütb ayısı üzərində "Herta" yazısı olan topla oynamağa başlayır.
Heyvanxananın rəsmi saytının verdiyi məlumata görə, ağırlığı 385-410 kq arasında dəyişən yetkin bir qütb ayısına sponsor ola bilmək üçün illik ən azı 1000 avro ödəmək lazımdır.

23121 oxunub

InvestAZ