XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Qrossmeysterimiz bu gün "Chessable Masters" turnirində mübarizəyə başlayır
İdman 12:33 / 31.07.2021
Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinə start veriləcək. "Chessable Masters" adlanan turnirdə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov da mübarizəyə başlayacaq. 36 yaşlı qrossmeyster turnirdə ilk görüşlərini keçirəcək. Birinci turda Eduardo İtturizaqa (İspaniya) ilə üz-üzə gələcək Məmmədyarov ardınca Yu Vençjun (Çin), Vladislav Artemyev (Rusiya), Pentala Harikrişna (Hindistan) və David Anton Quicarro (İspaniya) ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

18408 oxunub

InvestAZ