XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Uğur qazanan idmançılar təltif olundular
İdman 13:55 / 30.07.2021

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gənclər və İdman Nazirliyinin və Uşu-Sanda Federasiyasının təşkilatçılığı ilə uşu-sanda üzrə Oğuz rayonunda uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilmiş respublika turnirində uğurlu nəticələr əldə etmiş bir sıra idmançıların mükafatlandırma mərasimi keçirilib. Uşu-sanda üzrə respublika turnirində ilk üş yeri tutan Gəncə şəhərinin idmançıları Baş İdarəyə dəvət olunaraq fəxri diplomlarla təltif olunublar. Təltifetmə mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yeniyetmə və gənc idmançıları respublika turnirindəqazandıqları qələbələr münasibətilə təbrik edib, idmançıların Baş İdarə tərəfindən daima diqqət mərkəzində saxlanıldığını, hər zaman idmançılara dəstək olmağa çalışdıqlarını bildirib.


17734 oxunub

InvestAZ