XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Qalibdən məğluba cavab: «Biz hələ görüşəcəyik»
İdman 15:18 / 04.04.2019

UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konnor Makqreqorun "sənin arvadın bir dəsmaldır” sözlərinə cavab verib. O, özünün "Tvitter" səhifəsində Konnorun Terri Mürreylə şəklini paylaşaraq yazıb: "Sən təcavüzçüsən. Sadəcə təcavüzçü. Öz hərəkətlərinə cavabdeh olmayan ikiüzlü. Ədalət səni tapacaq. Biz hələ görüşəcəyik”.
Qeyd edək ki, Konnorun Terridən 2018-ci ildə qızı dünyaya gəlib. Terri qızı üzərində atalıq hüququnu tanıması üçün Makqreqoru razı salmağa çalışır. Konor özü isə Di Devlinlə ailəlidir. Bu evlilikdən onun bir oğlu var.
İrlandiya polisi hazırda zorakılıq şübhəsi ilə Konnor haqqında araşdırma aparır.

19249 oxunub

InvestAZ