XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Qarabağ" səfər qələbəsi ilə növbəti mərhələyə yüksəldi
İdman 09:12 / 30.07.2021

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyunlarına yekun vurulub. Azərbaycanın "Qarabağ” klubu İsraildə "Aşdod” komandası ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb -0:1. 

"Qarabağ”ın heyətində yeganə qolu matçın 6-cı dəqiqəsində Filip Ozobiç vurub. Qoldan sonra matçın 23-cü dəqiqəsində "köhlən atlar” itki ilə üzləşiblər. Belə ki, Ağdam təmsilçisinin heyətində müdafiəçi Rahil Məmmədov zədələnərək, meydanı tərk edib. Onun yerinə meydana İsmayıl İbrahimli daxil olub. Matçın qalan dəqiqələrində tərəflərin cəhdlərinə baxmayaraq hesab dəyişməyib. Beləliklə, "Qarabağ” təmsilçisi qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk matçda qolsuz heç-heçə qeydə alınmışdı.



16374 oxunub

InvestAZ