XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Messiyə bənzəyən azərbaycanlı
İdman 12:24 / 03.04.2019


Görənlər onu argentinalı futbol ulduzu Lionel Messiyə oxşadır. Lakin o, azərbaycanlı Röyal Ağamalıyevdir.
Fiziki görkəmi etibarilə Messiyə oxşarlığı onu Azərbaycanda xeyli məşhurlaşdırıb. Hətta onu əsl Messi sanıb, onunla şəkil çəkdirənlər də olur.
Saç düzümü, saqqalı, üz cizgiləri, hətta boyu eynilə Messiyə bənzəyir. 30 yaşlı Röyal Ağamalıyev "Barselona" klubunun ulduzu Messiyə olan oxşarlığı ilə hər kəsin diqqətini çəkir.
Röyal peşəkar futbolçu olmasa da, futbola böyük marağı var. O deyir ki, topla çox məharətlə davranır. Elə ona görə də dostları ilə tez-tez futbol oynayır.
Azərbaycanlı "Messinin” ən böyük arzusu isə argentinalı oxşarı ilə görüşməkdir. Röyal sosial şəbəkə vasitəsilə Messi ilə əlaqə qurmağa da çalışıb.
Röyal özü futbolçu ola bilməsə də, gələcəkdə övladının peşəkar futbol ilə məşğul olmasını istəyir.


22083 oxunub

InvestAZ