XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Boksçumuzun rəqibi müəyyənləşdi
İdman 18:05 / 25.07.2021
​Azərbaycan boksçusu Alfonso Dominqesin Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.​ 81 kq çəki dərəcəsində rinqə çıxacaq Avropa Oyunlarının qalibi 1/8 finalda Dilşotbek Ruzmetovla (Özbəkistan) gücünü yoxlayacaq.​

Boksçumuzun rəqibinin adı bu gün dəqiqləşib. 1/16 finalda Emmett Brennanı (İrlandiya) 5:0 hesabı ilə məğlub edən Özbəkistan təmsilçisi mərhələ adladığından Dominqeslə qarşılaşacaq. İlk mərhələdən azad olan idmançımız Ruzmetovla iyulun 28-də döyüşəcək. Görüş Bakı vaxtı ilə saat 15:27-də başlayacaq.​

32580 oxunub

InvestAZ