XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



100 milyon xərcləyəsən, aşağı düşəsən
İdman 10:01 / 03.04.2019

Mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək növbəti komanda müəyyənləşib. 33-cü turda səfərdə "Uotford"a 1:4 hesabı ilə uduzan "Fulhem"in aşağı dəstəyə düşməsi dəqiqləşib. Hazırda 17 xalla 19-cu sırada yer alan komandanın sona 5 tur qalmış 33 xalla 17-ci pillədə qərarlaşan və 1 oyun az keçirən "Börnli"yə çatması mümkün olmadığından London klubu növbəti mövsümdən Çempionşipdə çıxış edəcək.
"Fulhem" klubunun rəhbərliyi bu mövsüm transferlərə 100 milyondan çox pul xərcləmişdi.
Qeyd edək ki, ötən tur "Haddersfild"in aşağı diviziona düşməsi dəqiqləşmişdi.

19316 oxunub

InvestAZ