XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Kristian Eriksen rekordu təkrarladı
İdman 12:08 / 02.04.2019

İngiltərə Premyer Liqasının 32-ci turunda keçirilən "Liverpul” - "Tottenhem” oyunu (2:1) qonaqların futbolçusu Kristian Eriksen üçün əlamətdar olub. Komandasının yeganə qolunun ötürməsini verən danimarkalı yarımmüdafiəçi uğurlu nəticəyə imza atıb. Ardıcıl 4 mövsümdür ki, Premyer Liqada 10-dan çox məhsuldar ötürmə edən Eriksen Premyer Liqa tarixində bu göstəriciyə nail olan 2-ci futbolçudur. Ondan əvvəl Devid Bekhem ardıcıl 4 mövsüm 10-dan çox məhsuldar ötürmə ilə yadda qalıb. Bekhem 1997-2001-ci illər aralığında "Mançester Yunayted” formasıyla buna nail olub.
Qeyd edək ki, Eriksen 2013-cü ildən "Tottenhem”də çıxış edir.

19922 oxunub

InvestAZ