XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İkinci turun partiyaları start götürüb
İdman 17:22 / 01.04.2019


Aprelin 1-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019” superturnirində ikinci turun partiyaları başlayıb. İkinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Ş.Məmmədyarov ağ fiqurlarla mübarizə aparır.
Turun digər oyunlarında isə bolqarıstanlı Veselin Topalov çexiyalı David Navara, norveçli Maqnus Karlsen hindistanlı Vişvanatan Anand, Çin təmsilçisi Dinq Liren rusiyalı Aleksandr Qrişuk, hollandiyalı Aniş Giri isə Sergey Karyakin (Rusiya) ilə qarşılaşırlar.
Birinci turun bütün görüşləri heç-heçə başa çatdığından şahmatçıların hər birinin aktivində yarım xal var.
Qeyd edək ki, SOCAR-ın, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, "Synergy Group”un tərəfdaşlığı ilə keçirilən Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. XXII kateqoriyalı superturnirin reytinq favoriti norveçli hazırkı dünya çempionu Maqnus Karlsendir. O, FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət "Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.


18379 oxunub

InvestAZ