XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Tələbələrin badminton yarışları yekunlaşıb
İdman 16:51 / 01.04.2019

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə 2019-ci ilin mart-may aylarında ali təhsil müəssisələri tələbələri arasında XIV Respublika Universiadası keçirilir.
Universiadanın təqvim planına idmanın 10 növü, o cümlədən şahmat, dama, stolüstü tennis, basketbol , badminton, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika və voleybol (qızlar və oğlanlar) üzrə arasında yarışlar keçirilir. Universiadaya daxil olan badminton (oğlanlar) üzrə yarış Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında keçirilib.
9 komandanın iştirak ediyi oğlanların yarışında birinci yeri Azərbaycan Texniki Universitetinin komandası tutub. Azərbaycan Tibb Universitetinin kollektivi ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yeri tutub.
Qızların iştirak etdiyi badminton yarışlarında da 9 komanda qalib adı uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri Azərbaycan Dövlət İqtisad Universitetinin komandası tutub. Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.

20557 oxunub

InvestAZ