XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Böyük dəbilqə” üçün böyük heyət
İdman 14:11 / 01.04.2019

Mayın 10-12-də Bakıda keçiriləcək cüdo üzrə "Böyük dəbilqə” turniri üçün Azərbaycan yığma komandasının heyəti açıqlanıb.
Doğma arenada keçiriləcək nüfuzlu yarışda ölkəmizi 51 cüdoçu təmsil edəcək. Kişilərin yarışında millimizin heyətində bütün çəki dərəcələrində 4 idmançı olmaqla 28 cüdoçu tatamiyə çıxacaq. Qadınlar arasında isə 23 cüdoçumuzun iştirakı planlaşdırılıb.
İndiyədək 27 ölkədən 225 cüdoçu Bakıda keçiriləcək "Böyük dəbilqə” turnirində iştirakını təsdiqləyib.

20255 oxunub

InvestAZ