XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çempionlar Liqasında qrup sayı azaldılır?
İdman 14:50 / 31.03.2019

2024-2025 mövsümündən etibarən qrupların sayının azaldılması müzakirə olunur. Ancaq bu dəyişiklik komanda sayına təsir etməyəcək. Sadəcə, 32 klub 8 yox, 4 qrupa bölünməsi təklif olunur. Bu isə o deməkdir ki, hər qrupda 8 komanda yarışacaq. Qruplarında ilk 4-lüyə düşən klublar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.  Avropa Klublar Birliyinin (ECA) irəli sürdüyü ideya ÇL-də oyun sayının, bunun sayəsində isə gəlirlərin artırılmasına hesablanıb. Dəyişiklik UEFA tərəfindən qəbul olunsa, komandalar qitənin bir nömrəli turnirində mövsüm ərzində ümumilikdə 94 yox, 224 oyun keçirməli olacaqlar. ECA-nın klublara ölkədaxili matçlarını həftəiçi, ÇL görüşlərini isə həftəsonu keçirməyi təklif edəcəyi də bildirilir.

18303 oxunub

InvestAZ