XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İtaliya millisinin məğlubiyyətsiz oyunlar seriyası 30-a çatdı
İdman 10:36 / 21.06.2021
İtaliya millisi AVRO-2020-də uğurlu çıxışı ilə çempionatın favoritlərindən biri olduğunu sübut etməyə çalışır. "Skuadra adzura” A qrupunda keçirdiyi hər üç oyunda qol buraxmadan qalib gələrək 1/8 finala vəsiqə qazanıb. İtaliya millisi qrupun son oyununda 39-cu dəqiqədə Matteo Pessinanın vurduğu qolla Uels yığması üzərində qələbə qazanıb. Apenninlilər bu oyunla 1000+ dəqiqədir ki, qol buraxmır və ardıcıl 30 oyundur ki, məğlub olmur.

Qeyd edək ki, İtaliya millisi son 30 matçın 25-də qələbə qazanıb, 5 görüşdə isə heç-heçə edib.

33703 oxunub

InvestAZ