XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Cüdoçularımız Xorvatiyada bir dəst medal qazandılar
İdman 17:17 / 20.06.2021
Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib. Qitənin 27 ölkəsindən 368 (229 oğlan, 139 qız) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamız turnirdə oğlanların mübarizəsində 11 cüdoçu ilə təmsil olunub.

Yeniyetmə cüdoçularımız beynəlxalq turniri 3 medalla başa vurublar. Oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Məmmədrza Hacızadə (73 kq) yalnız final görüşündə məğlub olaraq gümüş medala sahib çıxıb. 60 kq-da mübarizə aparan Zahir Ağazadə isə turnirdə bürünc medal qazanıb.

Komandamızın digər üzvlərindən Qədir Hüseynov (66 kq) beşinci, Nurlan Kərimli (60 kq), Kənan Nəsibov (+90 kq) isə yeddinci yerlə kifayətləniblər.

Beləliklə, Xorvatiya turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz ümumi komanda hesabında 7-ci yeri tutub.

15047 oxunub

InvestAZ