XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Milli Hokkey Liqası Olimpiya Oyunlarında iştirakla bağlı qərar verməyib
İdman 15:52 / 20.06.2021
Milli Hokkey Liqasının kommisar müavini Bill Deyli bildirib ki, Liqanın oyunçularının 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarında iştirakına dair qərarın qəbulunun dəqiq vaxtı müəyyənləşdirilməyib.

"Danışıqlarımız davam edir. Qərar qəbul etmək üçün konkret vaxt yoxdur”, - deyə, B.Deyli bildirib.

Milli Hokkey Liqasının oyunçularının iştirakı ilə Olimpiya hokkey turniri 1998-ci ildən 2014-cü ilə qədər keçirilib. Qeyd edək ki, Liqanın oyunçuların sığortalanması və klub sahiblərinin müntəzəm çempionluğu dayandırmaq istəməməsi ilə bağlı fikir ayrılıqları səbəbindən 2018-ci ildə təşkil olunan Olimpiadada iştirak etməyiblər.

Xatırladaq ki, Pekində təşkil olunan Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək.

15890 oxunub

InvestAZ