XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



UEFA prezidenti Türkiyə-Uels oyunu üçün Bakıya gəldi
İdman 19:18 / 16.06.2021
UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib. Qurum rəhbəri paytaxtımıza Avro-2020-nin A qrupu çərçivəsində keçiriləcək Türkiyə-Uels oyununu izləmək üçün təşrif buyurub. Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Türkiyə millisi AVRO-2020-nin ilk mərhələsində Romadakı "Olimpiko” stadionunda keçirilən açılış matçında İtaliya komandasına 0:3 hesabı ilə məğlub olmuşdu. Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə-Uels oyununda isə heç-heçə qeydə alınmışdı -1:1.

Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

18692 oxunub

InvestAZ