XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Gəncədə Vətən Müharibəsində şəhid olan hərbçilərimizin xatirəsinə mini futbol turniri keçirilir
İdman 18:00 / 16.06.2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsində şəhid olan hərbçilərimizin əziz xatirəsinə və 23 iyun Dövlət Qulluqçularının peşə bayramına həsr olunmuş dövlət təşkilatları arasında mini futbol üzrə Gəncə şəhər birinciliyinə start verilib.
Turnirin açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsinin iştirakçılarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edərək yarışda iştirak edən bütün komandalara uğurlar arzulayıb.
Mini futbol yarışı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq açıq hava şəraitində və həkim nəzarəti altında Olimpiya sisteminə əsasən keçirilib.
Yarışda şəhərdə fəaliyyət göstərən Dövlət qurumlarından Gəncə Apellyasiya Məhkəməsinin, Gəncə Regional Mühafizə İdarəsinin, Gəncə Regional Ədliyyə İdarəsinin,12 saylı Ərazi Vergilər İdarəsinin, Gəncə Baş Polis İdarəsinin, DSMF Publik Hüquqi Şəxsinin 18 saylı regional ərazi filialının, Dövlət Məşğulluq Agentliyinin 6 saylı Regional Məşğulluq Ərazi İdarəsinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin komandaları iştirak edib.
Qeyd edək ki, yarışın final oyunu iyunun 23-də keçiriləcək.




34631 oxunub

InvestAZ