XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Kral klubu” transferlərə 500 milyon avro ayırıb
İdman 13:01 / 29.03.2019

İspaniyanın "Real Madrid” futbol klubunun prezidenti Florentino Peres yay transfer pəncərəsi üçün 500 milyon avro vəsait ayırıb. Madrid təmsilçisi yay transferi pəncərəsində Pol Poqba ("Mançester Yunayted”), Kilyan Mbappe ("Paris Sen-Jermen), Nqole Kante və Eden Hazardı ("Çelsi") transfer etmək istəyir.
"Real Madrid”in yeni baş məşqçisi Zinəddin Zidan bu futbolçuların transferini komandanın qarşısına məqsəd qoyub.
Qeyd edək ki, Madrid təmsilçisi fransalı hücumçu Kilyan Mbappeyə 280 milyon avroluq təklif göndərib.

18876 oxunub

InvestAZ