XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Güləşçimiz "Poland Open" turnirinin 1/4 finalında
İdman 14:26 / 13.06.2021
Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə "Poland Open" turniri sona yaxınlaşır. Sonuncu yarış günündə 60 kq, 63 kq, 72 kq, 87 kq və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Turnirin son günündə IV İslam Həmrəyliyi Oyunlarının qalibi İslam Abbasov xalça üzərinə çıxıb. Komandamızın üzvü 97 kq çəki dərəcəsində qüvəsini sınayıb. Güləşçimiz təsnifat mərhələsində Türkiyə idmançısına qalib gəlib. İdmançımızın 1/4 final mərhələsindəki rəqibi iranlı güləşçi Mehdi Məhəmməd Balihamzadə olacaq. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kq) bürünc, Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.

15555 oxunub

InvestAZ