XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Avropa Karate Federasiyasının növbəti konqresi keçirilib
İdman 11:20 / 29.03.2019

İspaniyanın Qvadalaxara şəhərində Avropa Karate Federasiyasının (EKF) növbəti konqresi keçirilib.
Avropanın 51 ölkəsindən karate rəsmilərinin iştirakı ilə konqresdə ötən dövrün hesabatları dinlənib, qarşıdakı qitə çempionatınadək planlar müzakirə olunub.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak ediblər.
Konqresi açan EKF-nin prezidenti Antonio Espinos cari məsələlərə toxunmaqla yanaşı, karatenin Yay Olimpiya Oyunlarının proqramında qalması istiqamətində işlərin aparıldığını söyləyib. Konqresin gündəliyindəki əsas məsələ 2020-ci ildə böyüklərin 55-ci Avropa çempionatının təqdimat mərasimi olub.
AMKF-nin prezidenti Yaşar Bəşirov çıxışında Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini, digər idman növləri ilə yanaşı, karateyə də dövlət tərəfindən böyük dəstək göstərildiyini diqqətə çatdırıb. Y.Bəşirov bildirib ki, EKF-nin prezidenti Antonio Espinosun söylədiyi kimi, karatenin Tokio Olimpiadasının proqramına daxil edilməsində Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən bu idman növünün Avropa Oyunlarına salınması təşəbbüsünün böyük rolu olduğunu nəzərə çatdırıb.
Federasiya prezidenti 55-ci Avropa çempionatı ilə bağlı ətraflı məlumat verib, məsul yarışa hazırlıq işlərindən danışıb. A.Espinos 2012-ci ildə yeniyetmə və gənclərin qitə çempionatını yüksək səviyyədə təşkil edən Azərbaycanın növbəti ciddi sınaqdan da uğurla çıxacağına inandığını söyləyib.
Həmin gün, həmçinin EKF-nin İcraiyyə Komitəsinin yığıncağı olub. EKF-nin İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov tədbirdə iştirak edib. İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, müəyyən məsələlərin həlli yolları araşdırılıb.


32663 oxunub

InvestAZ