XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



“Neftçi”dən ilk transfer
İdman 15:00 / 12.06.2021
Futbol üzrə Azərbaycan Premyer Liqasının son çempionu "Neftçi” mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.
Ölkə futbolunun flaqmanı paraqvaylı futbolçu Sezar Meza Kollini heyətinə qatıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik - 2022/2023-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb. O, "ağ-qaralar”ın heyətində 10 nömrəli forma adı altında çıxış edəcək.
Qeyd edək ki, son klubu "Keşlə" (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə "Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın "Çezena” (2011-2012), "Pavia” (2012-2013), İspaniyanın "Alaves” (2012) və Rumıniyanın "Universitatya Krayova” (2018) klublarında çıxış edib.

16638 oxunub

InvestAZ