XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



PSJ Veynaldum mübarizəsində qalib gəldi
İdman 20:45 / 10.06.2021
Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.​ Paris təmsilçisi "Liverpul"da forma geyinən yarımmüdafiəçi Corcinyo Veynaldumla müqavilə imzalayıb. Niderlandlı futbolçu azad agent olaraq PSJ-yə transfer olub. Müqavilənin müddəti 3 illik olacaq və 2024-cü ilin yayınada başa çatacaq. Futbolçunun klubda illik maaşı 9.5 milyon avro olacaq.

Qeyd edək ki, 2016-cı ildən "mersisaydlılar”ın heyətində çıxış edən Veynaldumla İspaniyanın Barselona klubu da maraqlanırdı. Katalonlar yarımmüdafiəçinin transferinə yaxın olsalar da Fransa təmsilçilərinin daha çox məvacib tələb etməsi Veynaldumu sonda fikrindən daşındıraraq Parisə üz tutmasına səbəb olub. Bildirək ki, Barselona rəhbərliyi oyunçuya illik 4 milyon avro maaş təklif etmişdi. ​


30224 oxunub

InvestAZ