XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Həbib Nurmaqomedov titulunu qorumaq üçün döyüşə çıxacaq
İdman 11:14 / 28.03.2019

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi Həbib Nurmaqomedov titulunu qorumaq üçün 2019-cu ilin sentyabrında döyüşə çıxacaq.
Bu barədə UFC prezidenti Dana Uayt "MMA News” portalına bildirib.
Xatırladaq ki, ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) UFC çempionu Həbib Nurmaqomedovu Las-Veqasda baş tutan "UFC 229” turnirində irlandiyalı Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə doqquz ay müddətinə diskvalifikasiya edib. O, idman yarışlarından kənarlaşdırılmaqla
yanaşı, həm də 500 min dollar məbləğində cərimələnib. Reklam çarxlarına çəkiləcəyi təqdirdə diskvalifikasiya müddətinin altı aya qədər azaldılacağı barədə şərti isə H.Nurmaqomedov qəbul etməyib.
Xatırladaq ki, H.Nurmaqomedov ötən il oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. Rusiyalı döyüş ustası qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

21740 oxunub

InvestAZ